1C proqramlaşdırmada peşəkar yanaşma – biznesiniz üçün optimal həllər

1C proqramlaşdırma üçün fərdi həllər
1C Avtomatlaşdırma

1C sisteminin fərdiləşdirilməsi, yeni modullar və mövcud funksiyaların genişləndirilməsi.

1C ilə biznesin rəqəmsal avtomatlaşdırılması
Xidmətlərimiz

1C proqramlaşdırma, fərdi həllər, inteqrasiyalar və biznes proseslərinin avtomatlaşdırılması.

KodYaz 1C proqramlaşdırma təlimi
Təlimlər

1C proqramlaşdırma dərsləri, praktiki tapşırıqlar və peşəkar inkişaf.

KodYaz ilə rəqəmsal inteqrasiya ofisi
Rəqəmsal həllər

API inteqrasiyaları, avtomatlaşdırılmış iş axınları və süni intellekt əsaslı həllər.

KataloqlarCədvəl hissəsiKodOxuma müddəti: ≈ 5 dəq

Bu məqalədə cədvəl hissəsi koddan idarə olunur: sətir əlavə etmək, silmək, sıralamaq və dəyişikliyi Записать ilə bazaya yazmaq.

Məqalədə nələri öyrənəcəksiniz

Cədvəl hissəsinin əsas metodlarını və həyat dövrünü.

Kodla cədvəl hissəsi

Cədvəl hissəsi koddan sətir kolleksiyası kimi görünür. Obyekt əldə edilir, sətirlər əlavə və ya silinir, sıralanır və sonda obyekt yazılır. Əvvəlcə elementi tapıb ПолучитьОбъект() ilə redaktə edilə bilən obyektə çeviririk.

// Təchizatçının «Elaqeler» cədvəl hissəsi ilə iş
Techizatci = Справочники.Techizatcilar.НайтиПоНаименованию("KODYAZ MMC", Истина);
Если НЕ Techizatci.Пустая() Тогда
TechizatciObjekt = Techizatci.ПолучитьОбъект();
// Sətir əlavə etmək
Setir = TechizatciObjekt.Elaqeler.Добавить();
Setir.Ad = "Ali Memmedov";
Setir.Telefon = "+994501112233";
Setir.Vezife = "Direktor";
// Sətri indeksə görə silmək
TechizatciObjekt.Elaqeler.Удалить(0);
// Cədvəl hissəsini sıralamaq
TechizatciObjekt.Elaqeler.Сортировать("Ad");
TechizatciObjekt.Записать();
КонецЕсли;
MetodNə edir
Добавить()Yeni sətir əlavə edir və onu qaytarır
Удалить(İndeks)Sətri indeksə və ya sətir obyektinə görə silir
Сортировать("Sütun")Cədvəl hissəsini sütuna görə sıralayır
Очистить()Bütün sətirləri silir
Cədvəl hissəsi ilə dövrElementi tapПолучитьОбъектSətirləri dəyişЗаписать
Şəkil 1. Dəyişiklik yazılana qədər yaddaşdadır

Həyat dövrü

Cədvəl hissəsinin sətirləri bazada müstəqil mövcud ola bilməz. Onlar əsas elementlə (kataloq və ya sənəd) birlikdə yadda saxlanır. Yalnız Записать() çağırıldıqdan sonra sildiyiniz sətirlər bazadan itir, yeniləri isə sistemə yazılır.

Unutma

Записать() çağırmasan, bütün sətir dəyişikliklərin yalnız yaddaşda qalır və itir.

Əsas nəticələrCədvəl hissəsinə obyektvasitəsilə yetişilir.Добавить, Удалить vəСортировать əsas metodlardır.Dəyişiklik Записать() iləbazaya düşür.
Şəkil 5. Məqalənin əsas nəticələri

Yekun

  1. Cədvəl hissəsinə obyekt vasitəsilə yetişilir.
  2. Добавить, Удалить və Сортировать əsas metodlardır.
  3. Dəyişiklik Записать() ilə bazaya düşür.
  4. Sətirlər elementdən ayrı mövcud olmur.

Tez-tez verilən suallar

Cədvəl hissəsinə sətir necə əlavə olunur?

Obyekt.CedvelHissesi.Добавить() ilə yeni sətir alınır və sütunlar doldurulur.

Sətir necə silinir?

Удалить(indeks) və ya Удалить(setir) ilə.

Dəyişiklik nə vaxt bazaya düşür?

Obyektin Записать() metodu çağırıldıqdan sonra.

Cədvəl hissəsi sətrini tək yaza bilərikmi?

Xeyr, sətirlər yalnız əsas elementlə birlikdə yazılır.

1C proqramlaşdırması üzrə peşəkar dəstək lazımdır?

KodYaz komandası 1C proqramlaşdırması, fərdi həllər, kodun auditi və təlimlər üzrə sizə kömək edə bilər. Bizimlə əlaqə saxlayın və ya kurs proqramı ilə tanış olun.