1C proqramlaşdırmada peşəkar yanaşma – biznesiniz üçün optimal həllər

1C proqramlaşdırma üçün fərdi həllər
1C Avtomatlaşdırma

1C sisteminin fərdiləşdirilməsi, yeni modullar və mövcud funksiyaların genişləndirilməsi.

1C ilə biznesin rəqəmsal avtomatlaşdırılması
Xidmətlərimiz

1C proqramlaşdırma, fərdi həllər, inteqrasiyalar və biznes proseslərinin avtomatlaşdırılması.

KodYaz 1C proqramlaşdırma təlimi
Təlimlər

1C proqramlaşdırma dərsləri, praktiki tapşırıqlar və peşəkar inkişaf.

KodYaz ilə rəqəmsal inteqrasiya ofisi
Rəqəmsal həllər

API inteqrasiyaları, avtomatlaşdırılmış iş axınları və süni intellekt əsaslı həllər.

Təyinatı

KodYaz-ın hazırladığı 71 pulsuz 1C:Müəssisə 8.3 xarici emalı bir ZIP arxivində. Hər emalın ayrıca səhifəsi var, amma hamısını birdən yükləmək istəyənlər üçün toplu paket hazırlanıb.
Arxivdə: emallar qovluğunda 71 .epf faylı, ekran qovluğunda hər emalın ekran görüntüsü, numune_ve_kataloq qovluğunda emalların kataloqu (Markdown və CSV) və Excel/CSV nümunə faylları, menbe_kod qovluğunda bütün emalların açıq mənbə kodu (BSL) və yığım skriptləri.
Emallar 8 kateqoriyaya bölünür: baza xidməti və inzibatçılıq, istifadəçilər və hüquqlar, təmizləmə və dublikatlar, qrup əməliyyatlar, Excel/JSON/XML yükləmə və ixrac, hesabat və analitika (ABC/XYZ, RFM, borcların yaşı, satış proqnozu), proqramçı alətləri (sorğu, kod və HTTP konsolu) və Azərbaycan üçün alətlər (CBAR məzənnələri, ƏDV, IBAN, məbləğ sözlə). Bütün emallar konfiqurasiyanı dəyişmədən Fayl → Aç ilə işləyir.

İmkanlar

  • 71 emal bir arxivdə
  • 8 kateqoriya: inzibatçılıq, hüquqlar, təmizləmə, qrup əməliyyatlar, mübadilə, analitika, proqramçı alətləri, Azərbaycan alətləri
  • Hər emalın ekran görüntüsü
  • Kataloq (Markdown və CSV)
  • Nümunə Excel/CSV faylları
  • Açıq mənbə kodu (BSL)
  • Bazanı dəyişən emallarda «Yalnız yoxla» rejimi
  • Azərbaycan dilində interfeys

İmkanlar bu resurs üçün qeyd olunub və digər versiyalara avtomatik şamil edilmir.

Sistem tələbləri və uyğunluq

Sistem tələbləri

1C:Müəssisə 8.3 platforması (8.3.27.2170-də sınaqdan keçirilib).
İdarə olunan formalar, nazik və ya qalın kliyent.
Xarici emalları açmaq hüququ (Fayl → Aç).
Bəzi emallar üçün inzibatçı hüquqları və ya internet bağlantısı.

Uyğunluq və məhdudiyyətlər

Emallar konfiqurasiyanı dəyişmir, metadata əsasında dinamik işləyir.
Adi (8.2 tipli) formalarla işləyən konfiqurasiyalarda formalar açılmaya bilər.
Bazanı dəyişən əməliyyatlardan əvvəl ehtiyat nüsxə çıxarın.

Ekran görüntüləri

  • ABC/XYZ təhlili – 1C emalının ekran görüntüsü (KodYaz)ABC/XYZ təhlili: 1C:Müəssisə rejimində iş pəncərəsi

Quraşdırma təlimatı

  1. «Arxivi yüklə» düyməsi ilə ZIP faylını kompüterə saxlayın.
  2. Arxivi qısa yolu olan qovluğa çıxarın (məs. C:KodYaz_emallar).
  3. 1C:Müəssisə rejimində Fayl → Aç (Ctrl+O) ilə emallar qovluğundan lazım olan .epf faylını açın.
  4. Təhlükəsizlik xəbərdarlığında «Bəli» düyməsini basın.
  5. Hər emalın təsviri kataloqda və saytdakı ayrıca səhifəsindədir.

Yükləmə

MənbəKodYaz
Faylın adıKodYaz_1C_emallar_71.zip
Faylın versiyası1.0
FormatZIP
Ölçü6,7 MB (7 035 702 bayt)
Faylın arxitekturasıx86 və x86-64
Mənbənin yoxlanılma tarixi19.11.2026

Arxivi yüklə (ZIP) Yükləmə ünvanı: kodyaz.az

← Bütün resurslara qayıt