1C proqramlaşdırmada peşəkar yanaşma – biznesiniz üçün optimal həllər

1C proqramlaşdırma üçün fərdi həllər
1C Avtomatlaşdırma

1C sisteminin fərdiləşdirilməsi, yeni modullar və mövcud funksiyaların genişləndirilməsi.

1C ilə biznesin rəqəmsal avtomatlaşdırılması
Xidmətlərimiz

1C proqramlaşdırma, fərdi həllər, inteqrasiyalar və biznes proseslərinin avtomatlaşdırılması.

KodYaz 1C proqramlaşdırma təlimi
Təlimlər

1C proqramlaşdırma dərsləri, praktiki tapşırıqlar və peşəkar inkişaf.

KodYaz ilə rəqəmsal inteqrasiya ofisi
Rəqəmsal həllər

API inteqrasiyaları, avtomatlaşdırılmış iş axınları və süni intellekt əsaslı həllər.

Təyinatı

Hər obyektin daxili identifikatorunu (UUID/GUID) və naviqasiya linkini göstərir. 'Siyahı' düyməsi seçilmiş obyektin ilk 50 elementini UUID-i ilə verir. UUID-i aşağı sahəyə yazıb 'UUID ilə tap' desəniz, həmin identifikatorlu obyekti tapır. Konfiqurator açmadan obyektin texniki identifikatorunu bilmək üçündür.
Obyektin daxili identifikatorunu (GUID) bilmək, naviqasiya linki qurmaq və ya mübadilə/inteqrasiyada obyekti tapmaq üçün. Konfiqurator açmadan istənilən kataloq və ya sənədin UUID-lərini siyahı şəklində verir.
Emal konfiqurasiyanı dəyişmir: 1C:Müəssisə rejimində Fayl → Aç ilə açılır və bazanın metadata strukturunu oxuyaraq müxtəlif konfiqurasiyalarda (ticarət, mühasibat, öz konfiqurasiyalarınız) işləyir.

İmkanlar

  • Parametrlər: Sinif, Obyekt, UUID
  • Əməliyyatlar: Siyahı (UUID-lər), UUID ilə tap
  • Konfiqurasiyanı dəyişmədən, xarici emal kimi işləyir
  • Azərbaycan dilində interfeys
  • Nazik və qalın kliyentdə sınaqdan keçirilib

İmkanlar bu resurs üçün qeyd olunub və digər versiyalara avtomatik şamil edilmir.

Sistem tələbləri və uyğunluq

Sistem tələbləri

1C:Müəssisə 8.3 platforması (8.3.27.2170-də sınaqdan keçirilib).
İdarə olunan formalar, nazik və ya qalın kliyent.
Xarici emalları açmaq hüququ (Fayl → Aç).

Uyğunluq və məhdudiyyətlər

Konfiqurasiyanı dəyişmir, metadata əsasında dinamik işləyir.
Adi (8.2 tipli) formalarla işləyən konfiqurasiyalarda forma açılmaya bilər.
Sınaq: KodYaz test bazası (Mühasibatlıq 5.0, «Ticarət» konfiqurasiyası).

Ekran görüntüləri

  • GUID/UUID aləti (identifikator və naviqasiya linki) – 1C emalının ekran görüntüsü (KodYaz)GUID/UUID aləti (identifikator və naviqasiya linki): 1C:Müəssisə rejimində iş pəncərəsi

Quraşdırma təlimatı

  1. «Emalı yüklə» düyməsi ilə .epf faylını kompüterə saxlayın.
  2. 1C:Müəssisə rejimində bazanı açın.
  3. Fayl → Aç (Ctrl+O) menyusu ilə faylı seçin.
  4. Təhlükəsizlik xəbərdarlığında «Bəli» basın.
  5. Parametrləri seçin və əsas düyməni basın.

Yükləmə

MənbəKodYaz
Faylın adıGUIDAlet.epf
Faylın versiyası1.0
FormatEPF (1C xarici emal)
Ölçü10,6 KB (10 836 bayt)
Faylın arxitekturasıx86 və x86-64
Mənbənin yoxlanılma tarixi19.11.2026

Emalı yüklə (.epf) Yükləmə ünvanı: kodyaz.az

← Bütün resurslara qayıt