1C proqramlaşdırmada peşəkar yanaşma – biznesiniz üçün optimal həllər

1C proqramlaşdırma üçün fərdi həllər
1C Avtomatlaşdırma

1C sisteminin fərdiləşdirilməsi, yeni modullar və mövcud funksiyaların genişləndirilməsi.

1C ilə biznesin rəqəmsal avtomatlaşdırılması
Xidmətlərimiz

1C proqramlaşdırma, fərdi həllər, inteqrasiyalar və biznes proseslərinin avtomatlaşdırılması.

KodYaz 1C proqramlaşdırma təlimi
Təlimlər

1C proqramlaşdırma dərsləri, praktiki tapşırıqlar və peşəkar inkişaf.

KodYaz ilə rəqəmsal inteqrasiya ofisi
Rəqəmsal həllər

API inteqrasiyaları, avtomatlaşdırılmış iş axınları və süni intellekt əsaslı həllər.

Müraciətdən sertifikata qədər bütün tədris mərkəzi bir 1C bazasında

«Tədris Mərkəzi» kurs mərkəzləri, təlim şirkətləri, dil və proqramlaşdırma kursları, özəl tədris mərkəzləri üçün sıfırdan hazırlanmış 1C:Müəssisə 8.3 konfiqurasiyasıdır. İlk müraciət və gözləmə siyahısından başlayaraq tələbə qeydiyyatı, müqavilə, ödəniş, qrup, dərs cədvəli, davamiyyət, qiymət, sertifikat, kassa və bank, müəllimlərin əmək haqqı və rəhbər hesabatları bir bazada birləşir. Proqram tamamilə Azərbaycan dilindədir; ilkin səhifə, menyular, çap formaları və bildirişlər də. Üstəlik 125 səhifəlik ekran görüntülü istifadəçi dərsliyi hazırdır.

  • Hazır məhsul
  • Azərbaycan dilində interfeys
  • 125 səhifəlik təlimat kitabı
  • WhatsApp və e-poçt bildirişləri
  • Rola görə hüquqlar və şəxsi məlumatların qorunması
Bir tələbənin yolu
1. Müraciət və ya gözləmə siyahısı
2. Tələbənin qeydiyyatı (kart, əlaqə, razılıqlar)
3. Müqavilə (şablon, imza, PDF çapı)
4. Ödəniş: nağd, köçürmə, kart və ya onlayn
5. Qrupa yazılma və dərs cədvəli
6. Davamiyyət və qiymətlər
7. Borc, güzəşt və ödəniş qrafiki nəzarəti
8. İmtahan nəticəsi və sertifikat
9. Məzun hesabatı və məlumat mənbəyi analitikası
Hər addım ayrıca sənəddir; məlumat bir dəfə daxil edilir, qalan bölmələr onu hazır görür.
11iş bölməsi: CRM, tələbələr, tədris, maliyyə, əmək haqqı, kadr, hesabatlar, servis, tənzimləmələr, kömək
29hazır hesabat və panel, əlavə proqramlaşdırma olmadan
6rol: hər kəs yalnız öz işi ilə bağlı məlumatı görür
4tədris forması: əyani fərdi, əyani qrup, onlayn fərdi, onlayn qrup
125səhifəlik təlimat kitabı, 14 fəsil və yüzlərlə ekran görüntüsü

Problem

Tədris mərkəzlərində itkilərin əsas mənbəyi tələbə, ödəniş və dərs məlumatının fərqli Excel faylları, dəftərlər və mesajlarda dağınıq olmasıdır. Tələbə sayı artdıqca bu sistem idarə olunmaz hala gəlir.

Borc və ödənişlər itirKim nə qədər ödəyib, kimin hansı tarixdə ödənişi var və kimin borcu gecikib: bunu bir baxışda görmək mümkün olmur. Qəbzlər əl ilə yazılır, kassa qalığı axşam uzlaşmır.
Qruplar və cədvəl qarışırEyni otaq iki qrupa verilir, müəllim cədvəli üst-üstə düşür, davamiyyət kağızda qalır və tələbənin neçə dərsi buraxdığı sonda bilinmir.
Müraciətlər dəyərini itirirQrup dolu olduğuna görə geri çevrilən tələbə və ya reklamdan gələn müraciət heç yerdə qeyd olunmur; hansı reklam kanalının işlədiyi bilinmir.
Müqavilə və sertifikat əl işidirHər tələbə üçün müqavilə, hər məzun üçün sertifikat ayrı-ayrı Word faylında doldurulur; səhvlər və nömrə təkrarı qaçılmazdır.
Müəllim əmək haqqı mübahisəlidirMüəllimin neçə saat dərs verdiyi, vergilər və avans ayrı hesablanır; hər ay mübahisə və gecikmə yaranır.
Rəhbər real rəqəmi bilmirHansı kursun və hansı müəllimin gəlirli olduğu, ay üzrə gəlir və xərcin nəticəsi, kassa və bank qalığı yalnız ay sonu, əl ilə hazırlanan cədvəldə görünür.

Məqsəd

Vahid həqiqət mənbəyi

Tələbə, müqavilə, ödəniş və dərs məlumatı yalnız bir yerdə daxil edilir; digər bölmələr onu hazır şəkildə istifadə edir. Eyni rəqəm üçün iki fərqli fayl qalmır.

Tələbənin bütün yolu görünür

Müraciətdən sertifikata qədər hər mərhələdə məsul şəxs, tarix və status qeyd olunur; hər tələbənin kartında borcu, davamiyyəti, qiymətləri və sertifikatı birlikdə görünür.

Real rəqəmlərlə qərar

Rəhbər borcu, gəliri, xərci, qrup doluluğunu, kurs və müəllim üzrə mənfəəti və kassa-bank qalığını istənilən anda dəqiq görür.

Həll

Hər tipik problemin sistemdə konkret cavabı var.

Tipik problem
Sistemdə həlli
Ödənişlər və borc izlənmir
Hər ödəniş sənədlə yazılır (nağd, köçürmə, kart, onlayn); tələbə borcları registri, borc yaşlandırması və ödəniş qrafiki hər an aktualdır
Qəbz əl ilə yazılır, kassa uzlaşmır
Qəbz A4 və 80 mm formatda, məxaric orderi və məbləğin yazı ilə çapı; kassa növbəsi, kassa və bank qalıqları hesabatı
Pul vəsaiti kassa və bank arasında qarışır
Vahid pul vəsaitləri registri: kassa, bank hesabı, daxili köçürmə, ilkin qalıq sənədi və hər hesab üzrə hərəkət hesabatı
Qrup dolur, gələn tələbə itirilir
Gözləmə siyahısı: tələbə sıraya yazılır, qrup açılanda bir kliklə qrupa keçirilir; imtina səbəbləri və məlumat mənbələri analitikası
Otaq və müəllim cədvəli toqquşur
Dərs cədvəli sənədi, otaq məşğulluğu və həftəlik cədvəl hesabatları, dərsin təxirə salınması və təqvim
Davamiyyət kağızda qalır
Davamiyyətin qeydiyyatı sənədi, davamiyyət göstəriciləri və davamiyyət hesabatı; toplu doldurma əməliyyatı
Müqavilə və sertifikat əl ilə hazırlanır
Müqavilə şablonları, «Müqavilə imzala» sənədi və PDF çapı; sertifikat nümunələri, sertifikat verilməsi və kütləvi çap
Güzəşt və endirim nəzarətsizdir
Güzəşt kataloqu, promo kodlar, tarixə görə qüvvəyə minən qiymət siyahısı və qiymət siyahısının təsdiqi sənədi
Müəllimin əmək haqqı mübahisəlidir
İşlənmiş saatlar, əmək haqqı növləri, vergi və sığorta tutmaları (DSMF, işsizlik, İTS, gəlir vergisi), avans və kütləvi hesablama
Tələbə və ya valideyn xəbərsiz qalır
WhatsApp və e-poçt bildirişləri, qaydalar üzrə avtomatik mesaj, borcluların xatırladılması; test rejimində real göndərmə olmur
Şəxsi məlumat hər kəsə açıqdır
FİN, ünvan və əlaqə məlumatı icazəsi olmayan rola maskalanır; şəxsi məlumat və bildiriş razılıqları ayrıca registrdə saxlanılır
Kim nəyi dəyişdi bilinmir
Dəyişikliklər tarixçəsi (audit), dövr bağlanışı və rola görə hüquqlar

Sistemin quruluşu

Proqramın sol panelində 11 bölmə var. Hər bölmə öz kataloq, sənəd, registr və hesabatlarını bir menyuda toplayır; istifadəçi rola uyğun yalnız lazım olanı görür.

CRM

Müraciət blankı, gözləmə siyahısı, məlumat mənbələri, imtina səbəbləri və mənbələr üzrə analitika.

Tələbələr

Tələbə kartı, qeydiyyat, müqavilə şablonları, müqavilənin imzalanması, uzadılması və ləğvi, dondurma və kəsilmə, razılıqlar.

Tədris

Kurs, qrup, otaqlar, dərs cədvəli, davamiyyət, qiymətlər, dərs jurnalı, sertifikat və təqvim.

Maliyyə

Tələbə ödənişi, geri ödəniş, xərc, daxili köçürmə, kassa növbəsi, kassa, bank, qiymət siyahısı, güzəşt və promo kodlar.

Əmək haqqı

Əmək haqqı növləri, hesablama, avans, ödəniş, vergi və sığorta tutmaları, işlənmiş saatlar.

İnsan resursları

İşçilər, müəllimlər, vəzifələr, şöbələr, işə qəbul, işdən çıxarılma, məzuniyyət, ştat cədvəli.

Hesabatlar

Maliyyə, tədris, tələbə və kadr üzrə 29 hazır hesabat və göstəricilər paneli.

Servis

Toplu əməliyyatlar, bildiriş mərkəzi və növbəsi, məlumat yükləmə, ehtiyat nüsxə və audit.

Tənzimləmələr

Tədris mərkəzi rekvizitləri, parametrlər, valyutalar, vergi hədləri, logo, e-poçt və WhatsApp parametrləri.

Kömək

Tətbiq haqqında, istifadəçi köməyi və lisenziya məlumatı.

Əsas

Rolun ilkin səhifəsi: göstərici kartları, sürətli düymələr və günün dərs cədvəli.

Proqramla birlikdə

125 səhifəlik PDF dərslik: hər bölmənin addım-addım izahı.

Əsas imkanlar

Müraciət, gözləmə siyahısı və CRM

Müraciət blankı ilə gələn hər müraciət mənbəyi ilə birlikdə qeyd olunur. Qrup dolu olanda tələbə gözləmə siyahısına yazılır və yer açılan kimi qrupa keçirilir. İmtina səbəbləri və məlumat mənbələri üzrə analitika hansı reklam kanalının real tələbə gətirdiyini göstərir.

Tələbə kartı və müqavilə

Tələbə kartı (əlaqə, valideyn məlumatı, sənəd, status, güzəşt, qeyd) bir yerdə. Müqavilə şablonu əsasında müqavilə imzalanır, PDF kimi çap olunur; müqavilə uzadıla, ləğv oluna, tələbə dondurula və ya kəsilə bilər. Şəxsi məlumat razılıqları ayrıca saxlanılır.

Ödənişlər, kassa və bank

Nağd, köçürmə, kart və onlayn ödəniş: hamısı sənədlə qeydə alınır. Qəbz (A4 və 80 mm), məxaric orderi və məbləğin yazı ilə çapı. Kassa növbəsi, kassalar arası və kassa-bank köçürmələri, geri ödəniş, ilkin qalıqların daxil edilməsi və hər hesab üzrə hərəkət hesabatı.

Qiymət, güzəşt və borc

Kurs qiyməti tədris formasına görə (əyani/onlayn, fərdi/qrup) və tarixə görə saxlanılır; yeni qiymət siyahısı təsdiq sənədi ilə qüvvəyə minir. Güzəşt kataloqu, promo kodlar, ödəniş qrafiki (taksit), borc yaşlandırması və borcluların WhatsApp ilə xatırladılması.

Qruplar, cədvəl və davamiyyət

Qrupun formalaşdırılması və qrupdan çıxarma, dərs cədvəlinin tərtibi, dərsin təxirə salınması, otaq və müəllim məşğulluğu, təqvim. Davamiyyətin qeydiyyatı, dərs jurnalı, davamiyyət göstəriciləri və toplu doldurma.

Qiymətlər və sertifikat

Qiymətləndirmə sənədi və qiymətlər registri, imtahan nəticələri hesabatı, kursun bağlanması. Sertifikat nümunələri, sertifikat verilməsi, kütləvi çap və mezunlar hesabatı.

Müəllim və işçi əmək haqqı

Müəllimlərin işlədiyi saatlar, əmək haqqı növləri (saatlıq, aylıq və s.), vergi və sığorta tutmaları, avans, kütləvi hesablama, ödəniş sənədi və əmək haqqı cədvəli. Vergi hədləri tarixə görə sazlanır.

Kadr uçotu

İşçilər və müəllimlər, vəzifələr, şöbələr, işə qəbul, işdən çıxarılma, məzuniyyət və ştat cədvəli; kadr siyahısı və kadr dövriyyəsi hesabatları.

Tətbiqin bütün imkanları

Konfiqurasiyanın bölmələri üzrə sənəd, kataloq, registr və formaların siyahısı.

Bölmə Sənəd, kataloq, registr və formalar
CRM Müraciət blankı, Gözləmə siyahısı, Məlumat mənbələri, İmtina səbəbləri, Məlumat mənbələri analitikası
Tələbələr Tələbələr, Tələbə qeydiyyatı, Müqavilə şablonları, Müqavilə imzala, Müqavilənin uzadılması, Müqavilənin ləğvi, Dondurma / kəsilmə, Dondurma və kəsilmə səbəbləri, Şəxsi məlumat və bildiriş razılıqları
Tədris Kurs, Qrup, Otaqlar, Sertifikat nümunələri, Qrup formalaşdırma, Qrupdan çıxarma, Dərs cədvəlinin tərtibi, Dərsin təxirə salınması, Davamiyyətin qeydiyyatı, Qiymətləndirmə, Dərs jurnalı, Kursun bağlanması, Sertifikat verilməsi, Təqvim, Dərs cədvəli, Qrup tələbələri, Qiymətlər, Sertifikatlar, Davamiyyət göstəriciləri, Qrup doluluğu
Maliyyə Kassa, Bank, Bank hesabı, Xərc maddələri, Güzəştlər, Promo kodlar, Tələbə ödənişi, Geri ödəniş, Xərc qeydiyyatı, Daxili pul köçürməsi, Kassa növbəsi, Pul qalıqlarının daxil edilməsi, Qiymət siyahısının təsdiqi, Pul vəsaitləri, Tələbə borcları, Ödənişlər, Xərclər, Ödəniş qrafiki, Kurs qiymətləri
Əmək haqqı Əmək haqqı növləri, Vergi tutmaları, Əmək haqqı hesablanması, Avans, Əmək haqqı ödənişi, Hesablanmış və ödənilmiş əmək haqqı, İşlənmiş saatlar, Vergi şkalası, Əmək haqqı parametrləri, Kütləvi hesablama
İnsan resursları Müəllimlər, İşçilər, Vəzifələr, Şöbələr, İşə qəbul, İşdən çıxarılma, Məzuniyyət, Kadr vəziyyəti, Məzuniyyətlər, Ştat cədvəli
Servis Təqvim, Davamiyyətin toplu doldurulması, Qrupların kütləvi formalaşdırılması, Tələbələrin köçürülməsi, Sertifikatların kütləvi çapı, Əmək haqqının kütləvi hesablanması, Borcluların xatırladılması, Bildiriş mərkəzi, Bildiriş növbəsi, Bildiriş qaydaları, Məlumatların yüklənməsi, Ehtiyat nüsxənin yaradılması, Dəyişikliklər tarixçəsi
Tənzimləmələr Tədris mərkəzi, Tədris illəri, İxtisaslar, Kollec və universitetlər, Valyutalar, Vergi və sığorta hadləri, Parametrlər (maliyyə və vergi, tədris və nömrələmə, bildiriş və inteqrasiya, e-poçt, sistem, çap logosu), Müqavilə şablonları, Sertifikat nümunələri, Bildiriş qaydaları
Kömək Tətbiq haqqında, Kömək, Lisenziya

Təlimat və daxili kömək

Proqramı öyrənmək üçün ayrıca təlimatçı lazım deyil: istifadəçi dərsliyi proqramla birlikdə təqdim olunur.

Daxili «Kömək» bölməsi

Sol menyudan açılır: tətbiq haqqında məlumat, istifadə qaydaları və lisenziya məlumatı bir yerdədir. Hər formada düymələrin üzərinə siçanı gətirdikdə qısa izah çıxır.

Rola görə oxuma sırası

Dərslikdə hər rol (müdir, menecer, kassir, müəllim, mühasib, kadrlar) üçün hansı fəsilləri oxumalı olduğu göstərilir; yeni işçi ilk gündən yalnız öz işinə aid hissəni öyrənir.

Təlimat kitabı (PDF)

125 səhifəlik, KodYaz dizaynında hazırlanmış dərslik: 14 fəsil, hər bölmə üçün addım-addım izah, ekran görüntüləri üzərində nömrəli işarələr, oxlar və çərçivələr. Hər fəslin başında «Bu fəsildə öyrənəcəksiniz» siyahısı, sonunda yoxlama siyahısı və tez-tez verilən suallar var. PDF-i yüklə.

Proqramdan ekran görüntüləri

Şəkillər proqramın test məlumatları ilə doldurulmuş versiyasından götürülüb. Böyütmək üçün şəklə klikləyin.

Tədris Mərkəzi 1C proqramı: İlkin səhifə: göstərici kartları (aktiv tələbələr, qruplar, bu günün dərsləri, borc və pul qalığı), sürətli düymələr və günün dərs cədvəli
İlkin səhifə: göstərici kartları (aktiv tələbələr, qruplar, bu günün dərsləri, borc və pul qalığı), sürətli düymələr və günün dərs cədvəli
Tədris Mərkəzi 1C proqramı: Maliyyə bölməsinin menyusu: kataloqlar, gündəlik sənədlər, registrlər, hesabatlar və nəzarət
Maliyyə bölməsinin menyusu: kataloqlar, gündəlik sənədlər, registrlər, hesabatlar və nəzarət
Tədris Mərkəzi 1C proqramı: Tələbələr bölməsi: kataloqlar, sənədlər, registrlər və hesabatlar bir səhifədə
Tələbələr bölməsi: kataloqlar, sənədlər, registrlər və hesabatlar bir səhifədə
Tədris Mərkəzi 1C proqramı: Tədris bölməsi: kurs, qrup, dərs cədvəli, davamiyyət, qiymətlər və sertifikatlar
Tədris bölməsi: kurs, qrup, dərs cədvəli, davamiyyət, qiymətlər və sertifikatlar
Tədris Mərkəzi 1C proqramı: CRM bölməsi: müraciətlər, gözləmə siyahısı və məlumat mənbələri
CRM bölməsi: müraciətlər, gözləmə siyahısı və məlumat mənbələri
Tədris Mərkəzi 1C proqramı: Müraciət blankı: gələn müraciətlərin siyahısı və mənbələri
Müraciət blankı: gələn müraciətlərin siyahısı və mənbələri
Tədris Mərkəzi 1C proqramı: Gözləmə siyahısı: tələbə qrup üçün gözləyir, qrup açılanda bir kliklə qrupa keçirilir
Gözləmə siyahısı: tələbə qrup üçün gözləyir, qrup açılanda bir kliklə qrupa keçirilir
Tədris Mərkəzi 1C proqramı: Kurs kartı: müddət, maksimum tələbə sayı, tədris formalarına görə qiymətlər, sertifikat
Kurs kartı: müddət, maksimum tələbə sayı, tədris formalarına görə qiymətlər, sertifikat
Tədris Mərkəzi 1C proqramı: Qrup kartı: kurs, müəllim, otaq, tarixlər, tələbələr və dərs cədvəli
Qrup kartı: kurs, müəllim, otaq, tarixlər, tələbələr və dərs cədvəli
Tədris Mərkəzi 1C proqramı: Tələbə qeydiyyatı sənədi: tələbə, kurs, qrup və müqavilə bir axında
Tələbə qeydiyyatı sənədi: tələbə, kurs, qrup və müqavilə bir axında
Tədris Mərkəzi 1C proqramı: Müqavilə imzala: müqavilə şablonu əsasında çap formasına hazır müqavilə
Müqavilə imzala: müqavilə şablonu əsasında çap formasına hazır müqavilə
Tədris Mərkəzi 1C proqramı: Müqavilənin uzadılması: yeni bitmə tarixi və əlavə məbləğ
Müqavilənin uzadılması: yeni bitmə tarixi və əlavə məbləğ
Tədris Mərkəzi 1C proqramı: Dondurma və kəsilmə: səbəb, tarix və qüvvəyə minmə qeydi
Dondurma və kəsilmə: səbəb, tarix və qüvvəyə minmə qeydi
Tədris Mərkəzi 1C proqramı: Tələbə ödənişi: tələbə, müqavilə, məbləğ, ödəniş üsulu (nağd, köçürmə, kart, onlayn) və kassa
Tələbə ödənişi: tələbə, müqavilə, məbləğ, ödəniş üsulu (nağd, köçürmə, kart, onlayn) və kassa
Tədris Mərkəzi 1C proqramı: Ödəniş siyahısından çap: Qəbz (A4), Qəbz (80 mm) və Məxaric orderi
Ödəniş siyahısından çap: Qəbz (A4), Qəbz (80 mm) və Məxaric orderi
Tədris Mərkəzi 1C proqramı: Ödəniş qəbzi (A4) önbaxışı: logo, rekvizitlər, məbləğ yazı ilə, kassir və imza
Ödəniş qəbzi (A4) önbaxışı: logo, rekvizitlər, məbləğ yazı ilə, kassir və imza
Tədris Mərkəzi 1C proqramı: Kassa növbəsi sənədi: kassirin iş növbəsinin uçotu
Kassa növbəsi sənədi: kassirin iş növbəsinin uçotu
Tədris Mərkəzi 1C proqramı: Pul qalıqlarının daxil edilməsi: kassa və bank hesabları üzrə ilkin qalıq
Pul qalıqlarının daxil edilməsi: kassa və bank hesabları üzrə ilkin qalıq
Tədris Mərkəzi 1C proqramı: Qrupun formalaşdırılması sənədi
Qrupun formalaşdırılması sənədi
Tədris Mərkəzi 1C proqramı: Dərs cədvəlinin tərtibi sənədi
Dərs cədvəlinin tərtibi sənədi
Tədris Mərkəzi 1C proqramı: Davamiyyətin qeydiyyatı sənədi: hər dərs üçün tələbələrin davamiyyəti
Davamiyyətin qeydiyyatı sənədi: hər dərs üçün tələbələrin davamiyyəti
Tədris Mərkəzi 1C proqramı: Qiymətləndirmə sənədi: tələbələrin qiymətləri
Qiymətləndirmə sənədi: tələbələrin qiymətləri
Tədris Mərkəzi 1C proqramı: Sertifikat verilməsi sənədi
Sertifikat verilməsi sənədi
Tədris Mərkəzi 1C proqramı: Təqvim: qrupların dərsləri gün və ay üzrə
Təqvim: qrupların dərsləri gün və ay üzrə
Tədris Mərkəzi 1C proqramı: Əmək haqqının hesablanması: ay, işçilər, vergi tutmaları
Əmək haqqının hesablanması: ay, işçilər, vergi tutmaları
Tədris Mərkəzi 1C proqramı: Avans sənədi: işçi, ay, məbləğ və ödəniş üsulu
Avans sənədi: işçi, ay, məbləğ və ödəniş üsulu
Tədris Mərkəzi 1C proqramı: İşə qəbul sənədi: yeni işçinin kadr qeydiyyatı
İşə qəbul sənədi: yeni işçinin kadr qeydiyyatı
Tədris Mərkəzi 1C proqramı: Ştat cədvəli: vəzifələr və ştat vahidləri
Ştat cədvəli: vəzifələr və ştat vahidləri
Tədris Mərkəzi 1C proqramı: Göstəricilər paneli: gəlir, xərc və borc rəqəmləri və diaqram
Göstəricilər paneli: gəlir, xərc və borc rəqəmləri və diaqram
Tədris Mərkəzi 1C proqramı: Borc yaşlandırması: borcun gecikmə müddətinə görə bölgüsü
Borc yaşlandırması: borcun gecikmə müddətinə görə bölgüsü
Tədris Mərkəzi 1C proqramı: Gəlir və xərc hesabatı: ödəniş üsulu, xərc maddələri və nəticə
Gəlir və xərc hesabatı: ödəniş üsulu, xərc maddələri və nəticə
Tədris Mərkəzi 1C proqramı: Mənfəət: kurs və müəllim üzrə gəlir, əmək haqqı və nəticə
Mənfəət: kurs və müəllim üzrə gəlir, əmək haqqı və nəticə
Tədris Mərkəzi 1C proqramı: Kassa və bank qalıqları: hər hesab üzrə dövrün əvvəli, mədaxil, məxaric və sonu
Kassa və bank qalıqları: hər hesab üzrə dövrün əvvəli, mədaxil, məxaric və sonu
Tədris Mərkəzi 1C proqramı: Qrupların doluluğu: maksimum, yazılan və boş yerlər
Qrupların doluluğu: maksimum, yazılan və boş yerlər
Tədris Mərkəzi 1C proqramı: Bildiriş mərkəzi: WhatsApp və e-poçt mesajlarının vəziyyəti
Bildiriş mərkəzi: WhatsApp və e-poçt mesajlarının vəziyyəti
Tədris Mərkəzi 1C proqramı: Bildiriş qaydaları: hansı hadisədə kimə hansı mesaj gedir
Bildiriş qaydaları: hansı hadisədə kimə hansı mesaj gedir
Tədris Mərkəzi 1C proqramı: Parametrlər: e-poçt (SMTP) kanalı, göndərmə saatları və test rejimi
Parametrlər: e-poçt (SMTP) kanalı, göndərmə saatları və test rejimi
Tədris Mərkəzi 1C proqramı: Parametrlər: tədris qaydaları və sənəd nömrələmə prefiksləri
Parametrlər: tədris qaydaları və sənəd nömrələmə prefiksləri
Tədris Mərkəzi 1C proqramı: Ehtiyat nüsxənin yaradılması: bir kliklə bazanın nüsxəsi
Ehtiyat nüsxənin yaradılması: bir kliklə bazanın nüsxəsi
Tədris Mərkəzi 1C proqramı: Dəyişikliklər tarixçəsi (audit): kim, nə vaxt, nəyi dəyişdi
Dəyişikliklər tarixçəsi (audit): kim, nə vaxt, nəyi dəyişdi
Tədris Mərkəzi 1C proqramı: Şəxsi məlumatların maskalanması: FİN və ünvan icazəsi olmayan rola ulduzlarla görünür
Şəxsi məlumatların maskalanması: FİN və ünvan icazəsi olmayan rola ulduzlarla görünür
Tədris Mərkəzi 1C proqramı: Müdirin ilkin səhifəsi: bütün bölmələr və bütün göstəricilər
Müdirin ilkin səhifəsi: bütün bölmələr və bütün göstəricilər
Tədris Mərkəzi 1C proqramı: Kassirin ilkin səhifəsi: yalnız kassa və ödənişlə bağlı hissələr
Kassirin ilkin səhifəsi: yalnız kassa və ödənişlə bağlı hissələr
Tədris Mərkəzi 1C proqramı: Müəllimin ilkin səhifəsi: öz qrupları, davamiyyət və qiymətlər
Müəllimin ilkin səhifəsi: öz qrupları, davamiyyət və qiymətlər
Tədris Mərkəzi 1C proqramı: Mühasibin ilkin səhifəsi: maliyyə və əmək haqqı göstəriciləri
Mühasibin ilkin səhifəsi: maliyyə və əmək haqqı göstəriciləri

Hesabatlar və analitika

29 hazır hesabat vahid dizaynda hazırlanıb, parametrlə filtrlənir və çap oluna bilir. Rəhbər üçün «Göstəricilər paneli» ən vacib rəqəmləri bir ekranda toplayır.

Qrup Hesabatlar
Maliyyə və borc Göstəricilər paneli, Tələbə borcları, Borc yaşlandırması, Taksit planı, Ödənişlər hesabatı, Xərclər hesabatı, Kassa və bank qalıqları, Pul vəsaitlərinin hərəkəti, Gəlir və xərc hesabatı, Mənfəət (kurs və müəllim üzrə)
Tələbə Tələbə siyahısı, Tələbə kartı (hesabat), Müqavilələr hesabatı, Dondurma və kəsilmə hesabatı, Məlumat mənbələri analitikası
Tədris Həftəlik dərs cədvəli, Qrup tərkibi, Qrupların doluluğu, Otaqların məşğulluğu, Davamiyyət hesabatı, İmtahan nəticələri hesabatı, Sertifikatlar hesabatı, Məzunlar hesabatı
Kadr və əmək haqqı Müəllim siyahısı, Kadr siyahısı, Kadr dövriyyəsi, Ştat cədvəli hesabatı, Əmək haqqı cədvəli, Vergi tutmaları hesabatı

Avtomatlaşdırma və bildirişlər

WhatsApp bildirişləri

Evolution API ilə növbədən göndərilir, təkrar mesaj getmir. Qaydalar üzrə hansı hadisədə kimə hansı mesajın gedəcəyi sazlanır: ödəniş qəbulu, dərs xatırlatması, borc xatırlatması. Göndərmə saatları və fasilələr var; test rejimində mesajlar yalnız jurnala yazılır, real nömrəyə getmir.

E-poçt kanalı

SMTP serveri parametrlərdə sazlanır (şifrələmə, göndərən ünvanı, cavab ünvanı, imza). E-poçt bildirişləri yandırılır və söndürülür, göndərmə saatları məhdudlaşdırılır, test rejimində real göndərmə olmur.

Bildiriş mərkəzi və növbə

Bildiriş mərkəzində bütün mesajlar, vəziyyətləri və səhvlər görünür. Tələbələrin şəxsi məlumat və bildiriş razılıqları ayrıca registrdə saxlanılır.

Toplu əməliyyatlar

Davamiyyətin toplu doldurulması, qrupların kütləvi formalaşdırılması, tələbələrin bir qrupdan digərinə köçürülməsi, sertifikatların kütləvi çapı və əmək haqqının kütləvi hesablanması: vaxt aparan işlər bir düymə ilə.

Məlumatın yüklənməsi

Mövcud tələbə, müəllim və digər siyahılar fayldan proqrama yüklənə bilir. «Yoxla» düyməsi səhvləri göstərir, «Yüklə» yalnız səhvsiz sətirləri yazır.

Ehtiyat nüsxə

Bir kliklə bazanın ehtiyat nüsxəsi alınır; nüsxələr qovluğu sazlanır. Bu, server və ya kompüter xarab olduqda məlumatın itməməsinin əsas şərtidir.

Nəticə

Tələbənin hər mərhələsi bir bazada qeydə alınır; rəhbər prosesi və maliyyə nəticəsini real rəqəmlərlə görür.

Dağınıq uçot (Excel, dəftər, mesaj)
«Tədris Mərkəzi» ilə
Ödəniş və borc ayrı-ayrı fayllarda
Tələbə ödənişi sənədi, borc registri, ödəniş qrafiki və borc yaşlandırması
Qəbz əl ilə yazılır
Qəbz A4 və 80 mm, məbləğ yazı ilə, kassir və imza, avtomatik nömrə
Qrup doluluğu və otaq məşğulluğu bilinmir
Qrupların doluluğu və otaqların məşğulluğu hesabatları, gözləmə siyahısı
Davamiyyət və qiymət kağızda
Davamiyyət və qiymətləndirmə sənədləri, davamiyyət faizi və imtahan nəticələri hesabatı
Müqavilə və sertifikat Word-də
Şablon əsasında müqavilə PDF-i və sertifikat, nömrələr təkrarlanmır
Kassa və bank qalığı ay sonunda bilinir
Kassa və bank qalıqları hesabatı və pul vəsaitlərinin hərəkəti istənilən tarixə
Müəllimin maaşı əl ilə hesablanır
İşlənmiş saatlar, tarif, vergi tutmaları və avans üzrə kütləvi hesablama
Tələbəyə xəbər əl ilə verilir
WhatsApp və e-poçt bildirişləri qaydalara görə avtomatik gedir

Nəzarət və təhlükəsizlik

6 rol

Müdir, Menecer, Kassir, Müəllim, Mühasib, Kadrlar. Hər rolun menyusu, ilkin səhifəsi və hüquqları fərqlidir: kassir bank və maaşı görmür, müəllim yalnız öz qruplarını və davamiyyətini görür, kadr işçisi maliyyə məlumatına çatmır.

Şəxsi məlumatların qorunması

FİN, vəsiqə seriyası, ünvan və əlaqə məlumatı icazəsi olmayan rola ulduzlarla (***) göstərilir; maskalanan sahə dəyişdirilə də bilmir. Tələbənin şəxsi məlumat və bildiriş razılıqları ayrıca registrdə saxlanılır.

İzlənmə və dövr bağlanışı

Dəyişikliklər tarixçəsi (audit): kim, nə vaxt, hansı sənədi yaratdı, dəyişdi və ya keçirdi. Dövr bağlandıqdan sonra həmin tarixədək sənədlərin dəyişdirilməsi qadağan edilir.

Kimlər üçün uyğundur?

Kurs və təlim mərkəzləri

Proqramlaşdırma, dil, dizayn, mühasibat, riyaziyyat və digər kurslar; çoxlu qrup, müəllim və otaqla işləyən mərkəzlər.

Dil və hazırlıq mərkəzləri

Fərdi və qrup dərsləri, əyani və onlayn format, imtahan hazırlığı, güzəşt və promo kodla işləyən mərkəzlər.

Özəl tədris və məktəb sonrası mərkəzlər

Aylıq ödənişi, borcu, valideynə bildirişi və müəllim əmək haqqını bir yerdə idarə etmək istəyənlər.

Tətbiq mərhələləri

Təxmini müddətlər qrup, müəllim və tələbə sayından, eləcə də ilkin məlumatın hazır olmasından asılıdır.

Mərhələ Məzmun və təxmini müddət
1. Analiz Mərkəzin proseslərinin müzakirəsi, kurs, qiymət və güzəşt strukturunun təsdiqi: 1–2 gün
2. Quraşdırma Konfiqurasiyanın yüklənməsi, rekvizitlər, logo, rollar, istifadəçilər, kassa və bank hesabları, WhatsApp və e-poçt bağlantısı: 1–2 gün
3. Məlumatın köçürülməsi Kurslar, qruplar, müəllimlər, tələbələr, müqavilələr və ilkin qalıqlar (kassa, bank, borc): 2–5 gün
4. Təlim Hər rol üçün qısa təlim, dərslikdəki ssenarilərlə praktiki məşq: 1–3 gün
5. Sınaq istismarı Real tələbələrlə paralel iş, gündəlik düzəlişlər: 1–2 həftə
6. Tam istismar və dəstək Əsas uçota keçid, sonrakı dəstək və inkişaf: davamlı

Texniki tələblər

Platforma

1C:Müəssisə 8.3 (idarə olunan tətbiq). Fayl və ya klient-server variantı; istifadəçi sayı çox olduqda klient-server tövsiyə olunur.

İş yerləri və çap

İşçi yerləri Windows-dadır. Qəbz üçün adi printer (A4) və ya 80 mm istilik printeri. Müqavilə, sertifikat və hesabatlar PDF-ə də yazıla bilir.

WhatsApp, e-poçt və ehtiyat nüsxə

WhatsApp üçün Evolution API xidməti (ayrıca server), e-poçt üçün istənilən SMTP server. Ehtiyat nüsxə və server müştəri tərəfindən və ya razılaşma ilə KodYaz tərəfindən təmin olunur.

Tez-tez verilən suallar

Qiymət necə müəyyən olunur?
Qiymət layihənin həcmindən (istifadəçi sayı, uyğunlaşdırma və məlumat köçürmə həcmi, inteqrasiyalar) asılıdır və razılaşma yolu ilə, ayrıca kommersiya təklifi ilə təqdim olunur.
Proqram hazırdır, yoxsa sıfırdan yazılır?
«Tədris Mərkəzi» hazır konfiqurasiyadır. Quraşdırma zamanı mərkəzin kurslarına, qiymətlərinə, güzəşt qaydalarına və məlumatlarına uyğunlaşdırılır.
Mövcud tələbə və qrup məlumatlarını köçürmək olarmı?
Bəli. Tələbələr, müəllimlər, kurslar və ilkin qalıqlar (kassa, bank, borc) köçürülə bilər; proqramda səhvləri əvvəlcədən yoxlayan məlumat yükləmə əməliyyatı var.
Valideynə və tələbəyə WhatsApp mesajı gedirmi?
Bəli, bildiriş qaydaları əsasında. Bu bağlantı məcburi deyil: istənilən vaxt söndürülə bilər və əsas uçot funksiyalarının işinə təsir göstərmir. Test rejimində mesajlar real nömrəyə getmir.
Onlayn və əyani dərsləri birlikdə aparmaq mümkündürmü?
Bəli. Kurs qiyməti dörd tədris forması üzrə saxlanılır: əyani fərdi, əyani qrup, onlayn fərdi və onlayn qrup.
Müəllimlərin əmək haqqı və vergiləri hesablanırmı?
Bəli. İşlənmiş saatlar, tarif, DSMF, işsizlik sığortası, icbari tibbi sığorta və gəlir vergisi tutmaları, avans və kütləvi hesablama proqramdadır; vergi hədləri tarixə görə sazlanır.
Kassir bank hesabına və maaşlara baxa bilərmi?
Xeyr. Rola görə hüquqlar məhdudlaşdırılıb: kassir yalnız kassa və ödənişlərlə işləyir, bank, maaş və avans məlumatı ona göstərilmir.
Şəxsi məlumatlar necə qorunur?
FİN, ünvan və əlaqə məlumatı icazəsi olmayan rola maskalanır; razılıqlar saxlanılır, dəyişikliklər tarixçəsində hər əməliyyat izlənir.
Sonradan yeni hesabat və ya çap forması əlavə etmək olarmı?
Bəli. Konfiqurasiya açıq strukturla yazılıb: yeni sənəd, hesabat, çap forması və ya inteqrasiya sonradan əlavə oluna bilər.
Dəstək və təlim varmı?
Layihə KodYaz komandası tərəfindən quraşdırılır, rol üzrə təlim keçirilir və istismar dövründə telefon, WhatsApp və uzaqdan qoşulma ilə dəstək göstərilir.
İstifadəçilər proqramı necə öyrənəcək?
Hər istifadəçiyə 125 səhifəlik PDF dərslik verilir: bütün bölmələr ekran görüntüləri, nömrəli işarələr və addım-addım izahla təsvir olunub, rola görə oxuma sırası göstərilib. Proqramın içində də «Kömək» bölməsi var.
Proqram mənim kompüterimə bağlıdırmı?
Lisenziya kompüterə bağlı verilir: proqramdakı «Lisenziya» formasında sorğu kodu göstərilir, KodYaz həmin koda uyğun lisenziya mətnini təqdim edir.

Tədris mərkəzinizi bir bazada idarə edək

Tələbə sayınızı, kurs və qiymət strukturunuzu, ödəniş qaydalarınızı bizə yazın: pulsuz analiz aparıb sizin üçün kommersiya təklifi hazırlayaq. Proqramın canlı nümayişini də göstərə bilərik.

+994 10 101 31 41info@kodyaz.azZahid Xəlilov küç. 1A, Bakı