Gözəllik Salonu — 1C konfiqurasiyası və mobil tətbiq
Randevudan ödənişə qədər bütün salon işi bir 1C bazasında və telefonda
«Gözəllik Salonu» saç, dırnaq, üz, bədən baxımı və makiyaj xidməti göstərən salonlar üçün hazırlanmış 1C:Müəssisə 8.3 konfiqurasiyasıdır. Ustalar üzrə randevu jurnalı, müştəri bazası, xidmətlər və qiymətlər, ustaların iş qrafiki və faizi, kassa, abonement, hədiyyə sertifikatı və hesabatlar bir bazada birləşir. Müştəriyə randevudan əvvəl WhatsApp xatırlatması avtomatik gedir. Bazanın KodYaz imzalı Android tətbiqi də var: resepşn, usta və rəhbər eyni jurnalla həm kompüterdən, həm telefondan eyni vaxtda işləyir.
- Hazır konfiqurasiya
- Azərbaycan dilində interfeys
- Android tətbiqi (KodYaz)
- WhatsApp xatırlatma
- İstifadəçi üzrə icazələr
1. Müştəri zəng edir və ya salona gəlir 2. Resepşn jurnalda ustanın boş vaxtına klikləyir 3. Müştəri, xidmət və vaxt seçilir, randevu yazılır 4. Randevudan 30 dəq əvvəl WhatsApp xatırlatması gedir 5. Müştəri gəlir: «Gəldi», usta «Başla» düyməsini sıxır 6. Xidmət bitir: «Bitir və ödəniş», vahid çek 7. Nağd, kart, balans və ya sertifikatla ödəniş 8. Ustanın faizi və material sərfi özü yazılır 9. Gəlir, doluluq və qayıdış hesabatda görünür
Randevu bir dəfə yazılır; jurnal, kassa, ustanın qazancı və hesabatlar onu hazır görür. Telefonda da eyni.
1baza: kompüter və telefon eyni jurnalla eyni vaxtda işləyir
5addımda telefondan yeni randevu: müştəri, xidmət, usta, vaxt, təsdiq
11mobil icazə, hər istifadəçi üçün ayrıca: ödəniş, başla, bitir və digərləri
30dəqiqə: jurnalın addımı və WhatsApp xatırlatmasının standart vaxtı
4ödəniş üsulu: nağd, kart, müştəri balansı, hədiyyə sertifikatı
5rol: Administrator, Rəhbər, Resepşn, Usta, Anbardar
Problem
Salonda gün randevularla keçir. Hər randevu həm ustanın vaxtına, həm kassaya, həm də ustanın faizinə təsir edir. Dəftər, WhatsApp yazışması və Excel ilə bunu aparmaq müştəri və usta sayı artdıqca çətinləşir.
Randevular dəftərdə qarışırEyni ustaya eyni saata iki müştəri yazılır, kim hansı saatdadır bilmək üçün dəftər və mesajlar vərəqlənir.
Müştəri gəlmirRandevunu unudan müştəri gəlmir, ustanın vaxtı boş qalır. Hər müştəriyə əl ilə xatırlatma yazmağa vaxt çatmır.
Ustanın faizi əl ilə hesablanırAy sonu hər ustanın gördüyü xidmətlər, endirimlər və satdığı kosmetika toplanır, mübahisə yaranır.
Müştəri tarixçəsi yoxdurMüştərinin hansı ustaya getdiyi, nə etdirdiyi, allergiyası, balansı və abonementinin qalığı yadda saxlanılmır.
Kassa ilə jurnal üst-üstə düşmürGörülən xidmət, alınan pul və material sərfi ayrı yerlərdə yazılır, gün sonu hesab tutmur.
Usta və rəhbər salondan kənarda kor qalırUsta öz gününü, rəhbər isə gəliri və doluluğu yalnız salona gələndə və ya zəng edəndə öyrənir.
Məqsəd
Hər randevu bir dəfə yazılsın
Randevu jurnalda bir dəfə yazılır. Xatırlatma, ödəniş, ustanın faizi, material sərfi və hesabatlar həmin məlumatdan yaranır.
Salon telefonda da işləsin
Resepşn, usta və rəhbər Android tətbiqi ilə eyni bazada işləyir: randevu yazır, «Başla», «Bitir» və ödənişi telefondan edir.
Rəqəmlərlə idarə etmək
Rəhbər gəliri, orta çeki, ustaların doluluğunu və geri qayıdan müştəriləri istənilən anda görür.
Həll
Hər tipik problemin sistemdə konkret cavabı var.
Tipik problem
Sistemdə həlli
Eyni vaxta iki müştəri yazılır
Usta və ya iş yeri (kreslo, kabinet) məşğuldursa randevu yazılmır; telefonda da eyni qayda işləyir
Randevular dəftərdə səpələnir
Salon jurnalı: sütunlarda ustalar, sətirlərdə 30 dəqiqəlik intervallar, statuslar rənglə
Müştəri randevunu unudur
WhatsApp xatırlatması randevudan 30 dəqiqə (və ya seçilən dəqiqə) əvvəl avtomatik gedir
Ödəniş ayrıca yazılır
«Bitir və ödəniş»: xidmət, kosmetika və endirim bir çekdə; nağd, kart, balans və sertifikat qarışıq
Ustanın faizi əl ilə hesablanır
Faiz xidmət və ya usta üzrə verilir, hər vizitdə ustanın qazancı özü yazılır
Material sərfi bilinmir
Xidmətdə material norması var, vizitdə faktiki sərf yazılır, anbardan silinir
Müştəri tarixçəsi itir
Müştəri kartında telefon, doğum günü, sevdiyi usta, allergiya, balans, abonement və vizitlər
Usta qrafiki dəftərdə
Ustanın iş günləri və saatları kartında; iş vaxtı olmayan xanalar jurnalda bağlıdır
Rəhbər salondan uzaqdadır
Android tətbiqində jurnal, randevu, ödəniş və salon paneli; icazələr istifadəçi üzrə
Sistemin quruluşu
Proqramın sol panelində bölmələr iş ardıcıllığı ilə düzülüb. Resepşn və administrator proqramı açan kimi Salon jurnalını görür, usta yalnız öz sütununu.
Salon jurnalı
Ustalar üzrə günün randevu cədvəli, günün göstəriciləri və bütün əməllər bir ekranda.
Randevular
Qeydiyyat sənədləri, vizitlər, gəlməyənlər və ləğvlər, növbəti vizitə yazdırma.
Müştərilər
Müştəri bazası, endirim kartları, balans və abonement, hədiyyə sertifikatları.
Xidmətlər
Kateqoriyalar üzrə xidmət kataloqu: müddət, qiymət, ixtisas, faiz, material normaları.
Ustalar və iş yerləri
Ustalar, ixtisaslar, iş günləri və saatları, kreslo və kabinetlər, ustaya ödəniş.
Kassa
Kassa növbəsi, X və Z hesabatı, kassa və bank, ödəniş növləri.
Anbar
Material və kosmetika: alış, mədaxil, silinmə, inventarizasiya, anbar qalığı.
Hesabatlar və ayarlar
Salon hesabatları, WhatsApp xatırlatma, mobil icazələr, istifadəçilər və rollar.
Əsas imkanlar
Ustalar üzrə randevu jurnalı
Sütunlarda ustalar, sətirlərdə 30 dəqiqəlik intervallar. Hər randevu ustanın rəngi və status rəngi ilə görünür: gözlənilir, gəldi, xidmətdə, tamamlandı, gəlmədi. Üstdə günün qeydiyyat sayı, doluluq faizi, gəliri və orta çeki.
Bir kliklə randevu
Jurnalda boş xanaya klikləyəndə usta və vaxt doldurulmuş yeni randevu açılır. Müştəri, xidmətlər və iş yeri seçilir, bitmə vaxtı xidmətlərin müddətindən hesablanır. Usta və ya kreslo məşğuldursa randevu yazılmır.
Başla, Bitir və ödəniş
Randevu blokuna klikləyəndə əməllər açılır: Gəldi, Başla, Bitir və ödəniş, Gəlmədi, Ləğv et. Tamamlanmış randevudan müştərini eyni ustaya növbəti vizitə yazdırmaq olur.
Vahid çek
Xidmətlər, satılan kosmetika və endirim bir çekdə. Ödəniş nağd, kartla, müştəri balansından və ya hədiyyə sertifikatı ilə, qarışıq da ola bilər. Abonement xidmətləri pulsuz sətir kimi düşür, qalığı göstərilir.
Müştəri bazası
Telefon, doğum günü, sevdiyi usta, endirim kartı, haradan gəldiyi, allergiya qeydi və xatırlatmaya razılıq. Kartda balans, abonement qalığı və bütün vizitlər görünür. Allergiya ödənişdə də xəbərdarlıq kimi çıxır.
Xidmətlər və kateqoriyalar
Saç, dırnaq, üz, bədən və makiyaj qrupları. Hər xidmətdə müddət, qiymət, ixtisas, ustanın faizi və material sərfi norması var.
Ustaların qrafiki və faizi
Ustanın kartında ixtisas, iş günləri, iş saatları, əsas iş yeri və faizi (xidmətdən və məhsuldan). İş vaxtı olmayan saatlar jurnalda bağlıdır, ustanın qazancı hər vizitdə özü yazılır.
Kassa növbəsi
Gün ərzində X-hesabat, gün sonu növbənin bağlanması (Z). Kassa və bank qalığı, ödəniş növləri üzrə növbə hesabatı.
WhatsApp xatırlatma
Randevudan 30 dəqiqə və ya seçilən dəqiqə əvvəl müştəriyə WhatsApp mesajı avtomatik gedir. Mətn şablonla qurulur: müştərinin adı, tarix, saat, usta, xidmət və salonun adı özü yazılır. Hər randevu üçün vaxtı dəyişmək və ya xatırlatmanı söndürmək olur.
Abonement, balans, sertifikat
Vizit paketləri (abonement), müştəri balansı (depozit), hədiyyə sertifikatı və endirim kartları. Qalıqlar avtomatik azalır.
Android tətbiqi: salon həmişə cibinizdə
Bazanın KodYaz imzalı Android tətbiqi var. Telefon ayrıca proqram deyil: 1C bazası ilə birbaşa işləyir, eyni jurnalı, eyni müştəriləri və eyni qaydaları görür. Kompüterdəki resepşn və telefondakı usta və ya rəhbər eyni anda işləyə bilir.
Ustalara görə jurnal
Telefonda gün seçilir (dünən, bu gün, sabah və ya təqvim), altında usta tabları. Hər ustanın randevuları və aralarındakı boş vaxtlar görünür. Boş vaxta toxunanda usta və vaxt doldurulmuş yeni randevu açılır. Planşetdə ustalar × 30 dəqiqə cədvəli.
Addım-addım randevu
Yeni randevu beş sadə addımdır: Müştəri → Xidmət → Usta → Vaxt → Təsdiq. Hər addımda bir sual; seçilən xidmətlərin müddəti və məbləği aşağıda daim görünür.
Sürətli müştəri seçimi
Ad və ya telefonun son rəqəmləri ilə axtarış, «Bu gün gələnlər» və «Son müştərilər». Tapılmayanda yeni müştəri ad və telefonla yaradılır, telefonun kontaktlarından seçmək də olur.
Kateqoriyalı xidmətlər
Xidmətlər kateqoriyalarla yığılır, ən çox seçilənlər yuxarıda. Sonra yalnız həmin xidməti edə bilən ustalar və onların ilk boş vaxtı göstərilir.
Başla, Bitir, Ödəniş telefondan
Randevu kartında Gəldi, Başla, Bitir, Gəlmədi və Ödəniş düymələri. Telefondan ödəniş kassadakı çeklə eyni qaydada keçir: endirim, balans, abonement, sertifikat, nağd və kart.
İstifadəçi üzrə icazələr
Hansı düymənin kimə açıq olduğu hər istifadəçi üçün ayrıca seçilir: ödəniş, başla, bitir, ləğv, endirim, başqa ustanın randevusu, hesabatlar. Məsələn, pulu usta özü alırsa ona «Ödəniş» açılır.
Kompüter və telefon eyni vaxtda
Randevu kassada artıq ödənilibsə telefondan ikinci ödəniş keçmir, məbləğ dəyişibsə telefon xəbərdarlıq edir. Hər əməl serverdə yoxlanır, eyni əməl iki dəfə yazılmır.
İnternet olmayanda da
Yazılar əvvəl telefonda saxlanır, internet gələndə sıra ilə göndərilir. Sinxron vəziyyəti ekranın yuxarısında görünür. Ödəniş isə yalnız onlayn qəbul olunur.
Təhlükəsiz giriş
Şifrəli yerli baza, PIN və ya barmaq izi ilə giriş, yalnız HTTPS bağlantısı. İtən telefon 1C-dən bloklanır, yerli məlumatı uzaqdan silinir.
Telefonda kim nə görür
Tətbiq istifadəçinin roluna görə öz ekranları ilə açılır. Hüquqlar 1C ilə eynidir: usta yalnız öz randevularını görür, müştəri bazası ona göndərilmir.
| Rol | Telefonda ekranlar |
|---|---|
| Administrator, Rəhbər | Jurnal, Randevu+, Müştərilər, Hesabatlar (salon paneli, anbar), İstifadəçilər və icazələr |
| Resepşn | Jurnal, Randevu+ (yeni randevu axını), Müştərilər: zəng, WhatsApp, balans, abonement, vizit tarixçəsi |
| Usta | Günüm (növbəti müştəri, allergiya, günün randevuları), Həftə, Qazancım |
| Anbardar | Qalıqlar, Az qalan mallar |
Rəhbər telefonda gəliri, orta çeki, ustaların doluluğunu və günün randevularını görür; icazələri də telefondan dəyişə bilir. Tətbiq KodYaz imzası ilə təqdim olunur və quraşdırma zamanı salonun serverinə qoşulur.
Tətbiqin bütün imkanları
Konfiqurasiyanın bölmələri üzrə kataloq, sənəd və hesabatların siyahısı.
| Bölmə | Kataloq, sənəd və hesabatlar |
|---|---|
| Salon jurnalı | Ustalar üzrə gün cədvəli, günün göstəriciləri, Yeni qeydiyyat, Xatırlatmalar, Vizitlər, X-hesabat, Növbəni bağla (Z) |
| Randevular | Qeydiyyat (randevu), Xidmət göstərilməsi (vizit), Gəlməyənlər və ləğvlər, Növbəti vizitə yazdırma |
| Müştərilər | Müştərilər, Endirim kartları, Abonementlər, Hədiyyə sertifikatları, Balans artırma və abonement satışı, Sertifikat satışı |
| Xidmətlər | Xidmət kateqoriyaları (Saç, Dırnaq, Üz, Bədən, Makiyaj), Xidmətlər, Material normaları |
| Ustalar | Ustalar, İş qrafiki, İş yerləri (kreslo, kabinet, manikür masası), Ustaya ödəniş, Ustanın qazancı |
| Kassa | Kassalar, Bank hesabları, Kassa növbəsi, Mədaxil və məxaric, Pul vəsaitlərinin hərəkəti |
| Anbar | Material və kosmetika: Alış, Mədaxil, Silinmə, İnventarizasiya, Kosmetika satışı, Anbar qalığı |
| Ayarlar | Təşkilatlar, İstifadəçilər və rollar, WhatsApp xatırlatma, Mobil icazələr, Mobil cihazlar, Tənzimləmələr |
Təlimat
Proqramı öyrənmək üçün ayrıca təlimatçı lazım deyil: istifadəçi dərsliyi proqramla birlikdə təqdim olunur.
Hər rol üçün təlim
KodYaz komandası resepşn, usta, rəhbər və anbardar üçün öz ekranları üzrə qısa təlim keçir.
Təlimat kitabı (PDF)
166 səhifəlik, KodYaz dizaynında dərslik: proqramın hər ekranı ekran görüntüləri və sahələrin izahı ilə, mobil tətbiq üçün ayrıca fəsil. PDF-i yüklə.
Telefonun qoşulması
Baza veb serverdə dərc olunur, tətbiq hər işçinin telefonuna quraşdırılır, istifadəçilər və icazələr birlikdə qurulur.
Proqramdan ekran görüntüləri
Şəkillər proqramın test məlumatları ilə doldurulmuş versiyasından götürülüb. Böyütmək üçün şəklə klikləyin.
















Mobil tətbiqdən ekran görüntüləri
KodYaz imzalı Android tətbiqi, test bazası ilə. Böyütmək üçün şəklə klikləyin.







Hesabatlar və analitika
Hesabatlar vahid dizaynda hazırlanıb, süzgəclə işləyir, çap olunur, Excel və PDF-ə köçürülür.
| Qrup | Hesabatlar |
|---|---|
| Ustalar | Ustalar üzrə gəlir və faiz, Ustaların doluluğu |
| Xidmətlər | Xidmətlərin populyarlığı, Material sərfi: norma və faktiki |
| Müştərilər | Müştəri qayıdışı və itən müştərilər (60 gündən çox gəlməyənlər), Gəlməyənlər və ləğvlər |
| Kassa | Növbə hesabatı (ödəniş növləri üzrə), Pul vəsaitlərinin hərəkəti |
| Anbar | Material və kosmetika qalığı, satış |
Nəticə
Hər randevu bir bazada qeydə alınır; rəhbər salonun işini və gəlirini real rəqəmlərlə görür, ustalar və resepşn telefondan da işləyir.
Dəftər və WhatsApp ilə
«Gözəllik Salonu» ilə
Randevular dəftərdə və mesajlarda
Ustalar üzrə jurnal, kompüterdə və telefonda eyni
Eyni saata iki müştəri
Usta və iş yeri məşğuldursa randevu yazılmır
Müştəri randevunu unudur
Avtomatik WhatsApp xatırlatması
Ödəniş ayrıca dəftərdə
Bitir və ödəniş: vahid çek, kassa növbəsi
Ustanın faizi ay sonu hesablanır
Hər vizitdə ustanın qazancı özü yazılır
Material harada xərclənib bilinmir
Norma və faktiki sərf hesabatı
Müştəri tarixçəsi yoxdur
Kart: vizitlər, balans, abonement, allergiya
Rəhbər yalnız salonda bilir
Salon paneli və jurnal telefonda
Nəzarət və təhlükəsizlik
5 rol
Administrator, Rəhbər, Resepşn / kassir, Usta, Anbardar. Rəhbər hər şeyə baxır, resepşn jurnal və kassanı aparır, anbardar material və kosmetikaya baxır.
Usta yalnız özünü görür
Usta 1C-də yalnız öz sütununu, telefonda yalnız öz randevularını və qazancını görür. Hüquqlar serverdə yoxlanılır.
İcazələr və cihazlar
Telefondakı hər düymə istifadəçi üzrə icazə ilə açılır. Hər telefon 1C-də qeydə alınır, lazım olanda bloklanır və ya yerli məlumatı silinir.
Kimlər üçün uyğundur?
Gözəllik salonları
Saç, dırnaq, üz baxımı və makiyaj xidməti olan, bir neçə ustası olan salonlar.
Bərbərxana və manikür studiyaları
Randevu ilə işləyən, ustanın faizini və müştəri qayıdışını izləmək istəyənlər.
Kosmetologiya və SPA mərkəzləri
Kabinet və kreslolarla, abonement və hədiyyə sertifikatı ilə işləyənlər.
Tətbiq mərhələləri
Təxmini müddətlər usta, xidmət və müştəri sayından, eləcə də ilkin məlumatın hazır olmasından asılıdır.
| Mərhələ | Məzmun və təxmini müddət |
|---|---|
| 1. Analiz | Salonun iş qaydasının, xidmət və faiz qaydalarının müzakirəsi: 1 gün |
| 2. Quraşdırma | Konfiqurasiyanın yüklənməsi, rekvizitlər, rollar, istifadəçilər, kassa: 1–2 gün |
| 3. Məlumatın köçürülməsi | Xidmətlər və qiymətlər, ustalar və qrafikləri, müştəri bazası, balans və abonementlər: 1–3 gün |
| 4. Mobil tətbiq və WhatsApp | Bazanın veb dərci, telefonlara tətbiqin quraşdırılması, icazələr, WhatsApp xatırlatmanın qoşulması: 1–2 gün |
| 5. Təlim | Hər rol üçün qısa təlim və real randevularla məşq: 1 gün |
| 6. Tam istismar və dəstək | Gündəlik işə keçid, sonrakı dəstək və inkişaf: davamlı |
Texniki tələblər
Platforma
1C:Müəssisə 8.3 (idarə olunan tətbiq). Fayl və ya klient-server variantı.
Mobil tətbiq
Android telefon və ya planşet. Baza veb serverdə HTTPS ilə dərc olunur; bu bağlantı olmadan proqramın əsas hissəsi adi qaydada işləyir.
Xatırlatma üçün WhatsApp göndərmə xidməti qoşulur. Çap üçün adi printer; çeklər və hesabatlar PDF-ə də yazılır.
Tez-tez verilən suallar
Qiymət necə müəyyən olunur?
Qiymət layihənin həcmindən (istifadəçi və telefon sayı, uyğunlaşdırma, məlumat köçürmə, WhatsApp qoşulması) asılıdır və ayrıca kommersiya təklifi ilə təqdim olunur.
Proqramı almadan sınamaq olarmı?
Bəli. Pulsuz demo bazası salon.kodyaz.az ünvanında açıqdır: jurnal, randevu, ödəniş və hesabatları test məlumatları ilə yoxlaya bilərsiniz.
Proqram hazırdır, yoxsa sıfırdan yazılır?
«Gözəllik Salonu» hazır konfiqurasiyadır. Quraşdırma zamanı salonun xidmət, qiymət, faiz və ödəniş qaydalarına uyğunlaşdırılır.
Mobil tətbiq iPhone-da işləyirmi?
Hazırda tətbiq Android üçündür (telefon və planşet). iPhone istifadəçiləri üçün ayrıca razılaşma ilə həll müzakirə oluna bilər.
Kompüter və telefon eyni anda işləyəndə qarışıqlıq olmur?
Xeyr. Hər əməl serverdə bazanın təzə vəziyyəti ilə yoxlanır: kassada ödənilmiş randevu telefondan ikinci dəfə ödənilmir, məşğul vaxta randevu yazılmır.
Usta telefondan pulu qəbul edə bilərmi?
Bu sizin seçiminizdir. «Ödəniş» icazəsi istifadəçi üzrə açılır və ya bağlanır; susmaya görə yalnız resepşn və rəhbərdə açıqdır.
WhatsApp xatırlatması nə vaxt gedir?
Standart olaraq randevudan 30 dəqiqə əvvəl. Dəqiqəni və mesaj mətnini siz təyin edirsiniz, hər randevu üçün ayrıca dəyişmək və ya söndürmək olur. Mesaj yalnız razılığı olan müştəriyə gedir.
Ustaların faizi necə hesablanır?
Faiz xidmətdə və ya ustanın kartında göstərilir, endirim çıxılandan sonra hesablanır. Satılan kosmetikadan ayrıca faiz də vermək olar.
Abonement və hədiyyə sertifikatı varmı?
Bəli. Abonement vizit sayı ilə satılır və hər vizitdə azalır, sertifikat və müştəri balansı ödənişdə istifadə olunur.
İnternet kəsiləndə telefon işləyirmi?
Bəli. Randevu və status dəyişiklikləri telefonda saxlanır və internet gələndə göndərilir. Ödəniş isə təhlükəsizlik üçün yalnız onlayn qəbul olunur.
Mövcud müştəri bazasını köçürmək olarmı?
Bəli. Müştərilər, xidmətlər, ustalar, balans və abonement qalıqları quraşdırma zamanı köçürülür.
Salonunuzu bir bazada və telefonda idarə edək
Usta sayınızı, xidmətlərinizi və ödəniş qaydalarınızı bizə yazın: pulsuz analiz aparıb sizin üçün kommersiya təklifi hazırlayaq. Proqramı demo bazada özünüz də sınaya bilərsiniz.
+994 10 101 31 41info@kodyaz.azZahid Xəlilov küç. 1A, Bakı









