Satıcı və məbləğ
Satıcının adı və qaimənin yekun məbləği sənədin başlığına yazılır.

1C sisteminin fərdiləşdirilməsi, yeni modullar və mövcud funksiyaların genişləndirilməsi.

1C proqramlaşdırma, fərdi həllər, inteqrasiyalar və biznes proseslərinin avtomatlaşdırılması.

1C proqramlaşdırma dərsləri, praktiki tapşırıqlar və peşəkar inkişaf.

API inteqrasiyaları, avtomatlaşdırılmış iş axınları və süni intellekt əsaslı həllər.
Daxil olan e-qaimələr ASAN İmza təsdiqi ilə alınır, 1C sənəd strukturuna çevrilir və alış sənədi kimi bazaya yazılır. Mühasib qaimələri iki sistem arasında köçürməyə vaxt itirmir.
Hazırda qaimələr çox vaxt e-taxes.az-da açılır, sonra satıcı, mallar, miqdar və qiymətlər 1C-yə əl ilə köçürülür. Bu həm vaxt aparır, həm də səhv riskini artırır.
1C ilə e-taxes.az arasında KodYaz serverində işləyən xidmət dayanır. O, qaimələri alır, 1C-nin başa düşdüyü formata salır və bazaya yazır.
İstifadəçi 1C-dən sorğunu göndərir: kim üçün və hansı VÖEN üzrə qaimələr lazımdır.
Xidmət istifadəçinin ASAN İmza təsdiqi əsasında e-taxes.az-dan qaimələri alır.
Satıcı, mal sətirləri, miqdar, qiymət və məbləğlər 1C sənəd strukturuna uyğunlaşdırılır.
Hazır məlumat 1C-nin HTTP xidməti ilə bazaya alış sənədi kimi yazılır.
Qaimənin əsas məlumatları ilə yanaşı, sənədin 1C-də düzgün yazılması üçün lazım olan rekvizitlər də doldurulur.
Satıcının adı və qaimənin yekun məbləği sənədin başlığına yazılır.
Hər mal üçün ad, miqdar, vahid qiymət və sətir məbləği ayrıca sətir kimi ötürülür.
Anbar, kassa, qiymət növü və müəllif kimi sahələr şirkətin qaydalarına uyğun doldurulur.
Bir neçə qaimə birlikdə emal olunur və 1C-yə bir sorğu ilə ötürülə bilər.
Çoxlu təchizatçıdan mal alan və hər gün qaimə qəbul edən şirkətlər.
Qaimələri 1C-yə əl ilə yazmağa vaxt ayıran mühasiblər.
Alınan malların uçotda tez görünməsini istəyən komandalar.
Sistem həssas məlumatlarla işlədiyi üçün giriş qaydaları quraşdırmadan əvvəl razılaşdırılır.
E-taxes.az qaimələri istifadəçinin ASAN İmza ilə təsdiqi əsasında alınır.
1C-dən gələn sorğu giriş məlumatı ilə yoxlanılır, xidmətə açıq sorğu göndərilə bilməz.
1C-yə yazma ayrıca istifadəçi hesabı ilə aparılır, icazələr məhdudlaşdırıla bilər.
Məlumatların işlənməsi və saxlanması qaydaları layihə başlamazdan əvvəl yazılı razılaşdırılır.
1C konfiqurasiyanızı və gündəlik qaimə həcminizi yazın. Uyğunluğu pulsuz analiz edib sizə konkret təklif verək.